Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədlərimizə çatmaq üçün hər cür şərait yaradılır”
Komandaya hədəflərə çatmaq üçün bütün lazımi şərait yaradılır.
“Report” xəbər verir ki, bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatından vətənə qayıtdıqdan sonra deyib.
O, komandanın xaricdə, o cümlədən Xorvatiya və Gürcüstanda təlim-məşq toplanışı keçdiyini vurğulayıb:
“Məqsədlərdən biri də aralıq Avropa çempionatıdır. Bunun üçün səfərdə təlim-məşq toplanışı keçirdik. Yəni hazırda qarşımıza qoyulan bütün vəzifələri komanda ilə birlikdə yerinə yetirməyə çalışdıq”, - A. Tarakanov bildirib.
Baş məşqçi onu da vurğulayıb ki, millimizin üzvləri növbəti qələbələrə hazırdır.
“Ən əsası odur ki, uşaqlar yüksək nəticə əldə etmək məqsədi daşıyırlar”, - o əlavə edib.