Ukrayna Avropa çempionatına qatılacaq
Ukraynanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında iştirak edəcək.
“Azadsəs.az” xəbər verir ki, Ukrayna Yunan-Roma Güləşi Federasiyası çempionatda iştirak barədə müstəqil qərar verib.
Ukrayna Güləş Assosiasiyasının prezidenti Yuri Kopıtko daha əvvəl kişi güləşçilərin yarışmayacağını, onların Rusiya ilə müharibə zamanı ölkələrinin azadlığını qorumasının lazım olduğunu bildirmişdi. O, yalnız Avropa çempionatınadək Budapeştdə hazırlıq keçən qadın güləşi millisinin mübarizə aparacağını demişdi. Bununla da, Ukraynanın sərbəst güləş millisi yarışdan kənar qalmışdı.
Amma Ukrayna Yunan-Roma Güləşi Federasiyası bu yarışda iştirak etmək qərarı verib. Federasiya bunu çətin vaxtda Ukraynanın şərəfini idman arenasında təmsil etməyin vacibliyi ilə əlaqələndirib.
Ukraynanın yunan-Roma güləş millisi Avropa çempionatında 10 idmançı ilə təmsil olunacaq ki, heyətdə iki Azərbaycan əsilli güləşçi də var. Bunlardan biri Tokio olimpiadasının gümüş medalçısı Pərviz Nəsibov, digəri Yasəf Zeynalovdur.
Avropa çempionatında yunan-Roma güləşçiləri 31 mart-1 aprel tarixlərində mübarizə aparacaqlar. Azərbaycan yarışda 10 idmançı ilə təmsil olunacaq.