Milli mətbuatımızın yaranmasından 145 il keçdi
- 22-07-2020, 19:03
- Manset
Ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulub. “Əkinçi” qəzetinin nəşrə başladığı tarixdən bu gün nə az - nə çox, 145 il keçir.
Bu gün də Azərbaycanda media və mətbuatın sürətli inkişafının şahidi oluruq. Dövlətin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görülüb. Bunun əyani təzahürüdür ki, jurnalistlərin dostu olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil və digər problemlərinin həll edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Bəli, bu gün Azərbaycan kimi inkişaf edən demokratiyaya malik ölkəyə azad və güclü mətbuat lazımdır. Ən əsası isə, biz müharibə şəraitində yaşayırıq. Unutmayaq ki, savaş təkcə səngərlərdə deyil, həm də cəmiyyətə, dünyaya çatdırılan informasıyalar arasında gedir. Ona görə, bizim məsuliyyətimiz, çiyinlərimizdəki yük daha ağırdır.
“Ermənilər hər fürsətdə sosial şəbəkədə Azərbaycan haqqında yalan informasiyalar yayırlar. Ona görə, jurnalistlər daha bacarıqlı, savadlı, vicdanlı olmalıdırlar ki, biz həm də informasiya savaşında qalib gələk”, - deyə, Rəşad Məcid bildirir.
Təəssüf ki, dünya, o cümlədən Azərbaycan mətbuatında sifarişli, şantaj xarakterli materiallara da rast gəlinir. Ona görə də, çox vacibdir ki, mətbuat azad və demokratik dövlətin imkanlarından istifadə etdiyi kimi, demokratik dövlət normalarına da məsuliyyətlə yanaşsın. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Təbii ki, bütün bunlar sevindiricidir, ancaq bir şərtlə: savadlı jurnalistikanı təqdim etməklə...
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri dövlət başçısının hər zaman diqqət mərkəzində olub. Təsadüfi deyil ki, bir neçə il əvvəl Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının verilməsi zamanı dövlət başçısı bildirmişdi ki, mən dostluğa sadiq adamam və hesab edirəm ki, dostluğumuz bundan sonra da uğurla davam edəcək.
Elə peşələr var ki, onu seçməklə olmur. Gərək onun üçün doğulasan, onu sevəsən, illərini ona fəda verəsən, ən əsası da yazmağı bacarasan. Bu yolda yorulmadan irəliləyən, vicdanlı mətbuat işçilərinin bayramı mübarək!