Prezident Auditorlar Palatasının sədri barədə sərəncam verdi
- 6-01-2020, 18:43
- İqtisadiyyat
İlham Əliyev Vahid Novruzovu təltif edib
Prezident İlham Əliyev Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azadsəs-in məlumatına görə, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasının onun üzərinə məsuliyyət qoyduğunu bildirib: “Tam səmimi deyirəm ki, bu təkcə mənə yox, bütövlükdə iqtisadçılara, Azərbaycan auditinə verilən dəyər, qiymətdir. Buna görə də ölkəmizin başçısına təşəkkür edirəm. Cənab Prezidentin məni təltif etməsi həm də bizim üzərimizə yeni məsuliyyət qoyur ki, biz daha da möhkəm çalışaq, xalqımız naminə reallaşdırılan islahatlarda əlimizdən gələni edək”.