Tərtərdə məcburi köçkünlərlə görüş keçirilib-Foto
- 16-01-2020, 16:53
- Siyasət
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə vətəndaşlarla görüş keçirilib.
Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov çıxış edərək mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün önəmli olduğunu diqqətə çatdırıb. Məcburi köçkünlərin problemlərinin həllinə həmişə diqqətlə yanaşıldığını qeyd edən rəis bildirib ki, bu gün toplaşmağın əsas məqsədi də məhz problemlərin həllinə yönəlmişdir, köçkün ailələrinə kömək etmək məqsədi daşıyır.
Daha sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Məcburi köçkünlərin bəzi problemlərinin həlli üçün elə yerindəcə lazımi tədbirlər görülüb. Digər sosial problemlərinin aradan qaldırılması üçün isə aidiyyatı qurumlara məlumat verilib. Onlar göstərilən bu diqqət və qayğıya, problemlərinin öz yaşadıqları ünvandan kənara çıxmadan həll olunmasına görə polis əməkdaşlarına minnətdarlığını ifadə ediblər.