İlham Əliyev Rusiyadan gələn nazir Oreşkini qəbul etdi
Bu gün əczaçılıq müəssisəsi açılacaq, helikopterlər üçün xidmət mərkəzin təməli qoyulacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident bildirib ki, Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.
Qonaqları qəbul edən prezident vurulayıb ki, ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır. Bu məsələ yaxın vaxtlarda Mehriban Əliyevanın səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir".
O, həmçinin qeyd edib ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin - əczaçılıq müəssisəsinin açılışı olacaq. "Başqa sözlə desək, bizim əməkdaşlığımızın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var. Bu gün Hökumətlərarası Komissiyanın iclası da keçiriləcək. Əminəm ki, geniş spektrli məsələlər müzakirə olunacaq, reallaşdırılmaq üçün konkret tapşırıqlar veriləcək. Buna görə inanıram ki, səfəriniz çox səmərəli olacaq və Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm".
Maksim Oreşkin də Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
"Siz düz dediniz ki, bu gün biz əczaçılıq zavodunu açacağıq. Keçən dəfə biz avtomobil zavodunun təməlini qoyduq. Bu gün helikopterlər üçün xidmət mərkəzinin təməlinin qoyulmasını planlaşdırırıq. Hər dəfə nə isə bir layihə, irəliyə doğru nə isə yeni bir hərəkət olur. Əlbəttə, biz burada Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının fəal işini görürük. Çünki layihələrin sayı artır və biz öz tərəfimizdən həmin layihələri dəstəkləmək üçün nə lazımdırsa edirik. İnnovasiya istiqaməti, Sizin xatırlatdığınız altıncı “yol xəritəsi” çox mühüm istiqamətdir. Siz bizim nümayəndə heyətinin tərkibinə nəzər salsanız, bu gün mənimlə üç nazir müavini gəlib. Çünki, bu, reallaşan layihələrin sayını və hansı miqyasda layihələri həyata keçirməli olduğumuzu göstərir".