İlham Əliyev binaya çırpılan təyyarəyə görə başsağlığı verdi
- 27-12-2019, 11:03
- Manset
"Təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi"
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevə başsağlığı verib.
Prezident Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbərindən olduqca kədərləndiyini bildirib.
"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, şəxsən öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Xatırladaq ki, bu gün səhər saatlarında Qazaxıstanın "Bek Air" şirkətinə məxsus sərnişin təyyarəsi Alma-Atadan Nursultan şəhərinə uçarkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 95 sərnişinin və 5 heyət üzvü olu b. Son məlumata görə, qəza nəticəsində 14 nəfər ölüb.
Təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub. Xoşbəxtlikdən yanğın baş verməyib.