Rəsmi Bakı Ukrayna və İrana başsağlığı verdi
- 8-01-2020, 12:39
- Manset
"Faciəvi şəkildə yaxınlarını itirmiş ailələrə başsağlığı veririk”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya və İrana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səhifəsində məlumat yayılıb.
“Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədər hissi ilə qarşıladıq. Faciəvi şəkildə yaxınlarını itirmiş ailələrə başsağlığı veririk”.
Xatırladaq ki, yanvarın 8-də Tehrandan havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 167 sərnişin və 9 ekipaj üzvü həlak olub.