Beyləqanda postda saxlanılan maşından odlu silah tapıldı
- 16-10-2020, 13:00
- Kriminal
![](/uploads/posts/2020-10/medium/1602842246_modern_az_1602841133_xxx_578.jpeg)
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.