Direktor müavini karantini pozub polisi vurdu, maşınının şüşəsini sındırdı
- 14-04-2020, 16:57
- Cəmiyyət
“Vəkiloğlu” MMC-nin rəhbər şəxsi “Mercedes”i ilə polisi əmrinə tabe olmayaraq posta girib
Hacıqabulda polis əməkdaşını avtomobillə vuran sürücü saxlanılıb. Hadisə rayon ərazisində karantin rejimi ilə əlaqədar qurulan 2 stasionar postda baş verib. Karantin qaydaları kobud şəkildə pozan sürücü polis əməkdaşını avtomobillə vurub.
Araşdırmalar zamanı hadisəni törədən sürücünün Tərtər sakini, 1984-cü il təvəllüdlü “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsində çalışan Məmmədov Elşad Malik oğlu olması müəyyən edilib. O, idarə etdiyi “Mercedes” markalı, 10–OO–018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax magistral avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda polisin saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Bundan başqa o, təkrar olaraq həmin magistralın 113-cü kilometrliyində yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə də məhəl qoymayaraq posta daxil olub və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub.
Sürücü tutularkən onunla birlikdə karantin rejimini pozan sərnişinləri - Bakı şəhər sakinləri, 1975-ci il təvəllüdlü Hüseynzadə Natiq Namiq oğlu və 1981-ci il təvəllüdlü Fətəliyev Anar Akif oğlu da saxlanılıb.
E.Məmmədov saxlanılarkən Hacıqabul RPŞ-yə məxsus “Ford” markalı avtomobilin arxa şüşəsini də sındırıb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.