Главная > Kriminal > Beyləqanda postda saxlanılan maşından odlu silah tapıldı

Beyləqanda postda saxlanılan maşından odlu silah tapıldı


16-10-2020, 13:00. Разместил: azadses
Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb.

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.

Вернуться назад