Sərhəddə gizlədilən silahlar tapıldı FOTOLAR
- 15-11-2019, 11:01
- Cəmiyyət
![](/uploads/posts/2019-11/medium/1573804897_6000-1.jpg)
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olunması üzrə həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunub.
DSX-dan verilən məlumata görə, Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilmiş halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron tapılıb.
“Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında gizlədilmiş istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
![](/uploads/posts/2019-11/medium/1573804876_6000-2.jpg)
![](/uploads/posts/2019-11/medium/1573804885_6000-3.jpg)
![](/uploads/posts/2019-11/medium/1573804896_6000-4.jpg)