Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib
- 22-04-2023, 18:16
- Kriminal
Yevlax rayonunda həkimi öldürməkdə təqsirləndirilən Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
“Report” xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası mayın 4-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Yevlax rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun evinə basqın etmələri, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluqla əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.