Bərdədə anasını və bacısını öldürən gəncin məhkəməsi başlayır
- 12-09-2020, 10:41
- Hadisə
Bərdə rayonunda iki nəfəri öldürməkdə təqsirləndirilən Toğrul Zeynallının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
''Azad Səs'' "Report”-ta istinadən xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xaqani Səmədovun icraatına verilib.
Qeyd edək ki, hadisə Bərdənin Alaçadırlı kəndində baş verib. Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Musa oğlu Zeynallı qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Nazirə Həmid qızı Zeynalovanı ov silahından atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Əminə Musa qızı Zeynallı evdən qaçıb. Bacısının arxasınca düşən T.Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürüb.
Hadisə qısqanclıq zəminində baş verib.
Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.