Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- 6-02-2023, 19:49
- Kriminal
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən İlham Xanlarova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, 19 yaşlı İ.Xanlarov şəxsi münasibətlər zəminində Sübhan Cəfərovu qətlə yetirib.
İ.Xanlarova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.