Daşkəsəndə odlu silahla qətl törədən şəxsin istintaqı başa çatıb
- 5-08-2020, 09:52
- Cəmiyyət
Daşkəsəndə qətl törətməkdə təqsirləndirilən Elbrus Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb. Aparılan araşdırmalarla meyitin Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğluna aid olduğu təsdiqlənib. Q.Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində öldürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs - Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Mehdiyev Elbrus Cumalı oğlu həbs olunub.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.