azadses.az » Kriminal » Qudasını öldürən şəhid atasına hökm oxundu

Qudasını öldürən şəhid atasına hökm oxundu

Ötən ilin 22 sentyabrında Goranboyda qudası, 1966-cı il təvəllüdlü Fərrux Qasımovu qətlə yetirən Vətən müharibəsi şəhidi Vüsal Nağıyevin atası Əmiraslan Nağıyevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən 66 yaşlı Ə.Nağıyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu ilin 27 oktyabrında başa çatıb. Məhkəmədə bildirilib ki, şəhidin atası ilə qayınatasıgilin münasibətləri yaxşı olmayıb. Goranboyda şəhidin adının verildiyi küçəyə onun qayınatasının plakat asması isə Ə.Nağıyevi özündən çıxarıb. O, qudasına Vüsalın şəklini küçəyə vurması üçün mənəvi haqqının olmadığını bildirərək hücum edib, əvvəlcə küt alətlə xəsarətlər yetirdikdən sonra “Niva” markalı maşınla üstündən keçərək qətlə yetirib. Məhkəmədə Ə.Nağıyev qudasını öldürmək niyyətində olmadığını bildirib və onun özünü maşının altına ata biləcəyini deyib. O, oğlunun adının verildiyi küçədə özünün bulaq tikdirmək niyyətində olduğunu qeyd edib. Həmçinin gəlini ilə münasibətinin pis olduğunu əlavə edib.

Mərhum F.Qasımovun həyat yoldaşı, şəhidin qayınanası Nubutət Qasımova isə ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini istədiyini deyib:

“Qızım Vüsalla evləndikdən sonra Goranboy rayonu, Buzluq kəndində yerləşən Vüsalın atasına məxsus evdə onun anası Cəmilə və qardaşı Arzumanla birlikdə yaşayırdı. Lakin 2013-cü ildə Arzuman öz ehtiyatsızlığı nəticəsində ağacdan yıxılıb vəfat etdi. Qudam Cəmilə orada-burada gəlininin ayağının evə düşmədiyindən oğlunun rəhmətə getdiyini deməyə başladı. Cəmilənin bu söz söhbətlərindən sonra qızım Vüsalla həmin evdən köçmək qərarına gəldi və 2016-cı ildə Goranboy şəhərində yerləşən, hal-hazırda Vüsalın adını daşıyan küçədəki evə köçdülər. Vətən müharibəsində Vüsal 30 oktyabr 2020-ci il tarixdə şəhid oldu. 2021-ci ilin iyul ayında Cəmilə və onun qızı Buzluq kəndində yerləşən evimizə gəlib şəhidin ailəsinə verilən 8800 manat pulu tələb etdilər, dedilər ki, Əmiraslan Vüsalın adına Goranboy şəhərində bulaq tikir. Yoldaşım Fərrux onlara “usta tutsunlar, bulağın tikintisinə nə qədər pul lazım olsa verəcəyik” dedi. Bundan sonra mübahisələr davam etdi. Həmçinin Əmiraslan 2021-ci ilin iyun və avqust aylarında Buzluq kəndində yerləşən evə gəlib qızımdan, yəni gəlinindən Vüsal Nağıyevin ölümündən sonra ona görə verilmiş 8800 manatı və Vüsal Nağıyevin sürdüyü “Hundai Santafe” markalı avtomobilin satışından əldə olunmuş 17000 manat pulu istəmişdi. Bununla bağlı başqa adamlar vasitəsilə də mənə, qızıma və mərhum ərimə söz göndərmişdi. Eləcə də o, pul verilməsə onlardan polisə şikayət edəcəyini bildirmişdi”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qadın çantasını oğurlayan kişidən amansız qisas aldı
  2. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  3. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  4. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  5. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  6. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  7. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  8. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  9. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  10. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu