azadses.az » Hadisə » Bakıda ağır qəza törədən qaziyə hökm oxundu

Bakıda ağır qəza törədən qaziyə hökm oxundu

Ötən ilin yayında yol kənarında hərəkətdə olan piyadanı sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə vurub öldürən qaziyə hökm oxunub.

“Azadsəs.az”ın “Kriminalqafqaz”a istinadən məlumatına görə, İkinci Qarabağ Müharibəsi qazisi, 26 yaşlı Süleyman Cəfərli avqustda Yeni Yasamalda idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək, yolun kənarındakı 24 yaşlı Əlirza Babazadəni vurub.

Ə.Babazadə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən S.Cəfərli bildirib ki, özünü günahkar bilir və mərhumun ailəsinin onu bağışlamasını xahiş edir:

“Özüm 3-cü qrup əliləm. Müharibədə sol ayağımı itirmişəm. Hazırda protez ayaqla gəzirəm. Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilmişəm. Hadisə baş verən gün qardaşımı aparıb iş yerinə qoydum. Qardaşımı iş yerinə qoyub qayıdanda həmin ayağımda qaşınma oldu. Əyilib onu qaşıyanda idarəetməni itirdim.

Qarşıdan gələn avtomobillə toqquşmamaq üçün maşını sol tərəfə sürdüm. Elə həmin anda da maşının qabağına nəyinsə dəydiyini gördüm. Bütün bunlar saniyələr içində oldu. Hadisə zamanı avtomobili 60-70 km/saat sürətlə idarə etmişəm. Tez aşağı düşəndə gördüm ki, bir nəfər yerdə uzanıb. Ətrafda olan polislər və sakinlər də hadisə yerinə toplaşdılar.

Mən onu öz maşınımla xəstəxanaya aparmaq istəsəm də, dedilər ki, artıq təcili yardım çağırılıb və çatır. Daha sonra mən onun vəziyyəti ilə maraqlandım və dedilər ki, orta-ağırdır. Dəfələrlə maddi olaraq kömək etmək istəsəm də, qəbul etmədilər. Daha sonra öldüyünü eşitdim. Bundan sonra da ailəsinə baş sağlığı vermək üçün yasa getmək istədik. Amma qəbul etmədilər. Çox peşmanam və istəyirəm ailəsi məni bağışlasın”.

Mərhumun atası məhkəmədə verdiyi ifadədə bildirib ki, Əlirza evin tək oğlu olub:

“Əlirza səhər işə gedirmiş və taksi sifariş edib. Həmin vaxt o, S.Cəfərlinin gəldiyi yolun əks istiqamətində olub. Həmin yolda sürət həddi 60 km/saatdır, amma hadisəni törədən adam 120 km/saat sürətlə hərəkət edib. O, idarəetməni itirib və əks yola keçərək, Əlirzanı vurub. Bundan sonra oğlum yolda dayanan “KİA Optima” markalı avtomobilin üzərinə düşüb. Ordan təcili yardımla xəstəxanaya aparıblar. Daha sonra biz onu alıb Masallı rayon xəstəxanasına apardıq.


Həkimlər oğlumun vəziyyətinin yaxşı olmadığını və beyin ölümünün reallaşdığını bildirdilər. Buna görə Əlirzanı yaşadığımız rayonun Ərkivan qəsəbəsində yerləşən evimizə apardıq. Onun evimdə ölməsini istədik. Əgər Süleyman oğluma kömək etsəydi, hadisə yerindən qaçmasaydı, mən onun həbs edilməsini istəməzdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Cəfərlinin cəzası şərti hesab edilib. Bu səbəbdən o azadlıqda qalıb və ona iki il sınaq müddəti təyin edilib.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı