Bakıda idman zalında qətl törədən şəxsin ittihamı ağırlaşdırılıb
Bakıda idman zalında qətl törədən Əli Abbasovun ittihamı ağırlaşdırılıb.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 ((xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan olunub.
Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla aralarında yaranmış mübahisə zamanı sonuncu ona bədən xəsarətləri yetirib. Sonra Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürüb.
Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.