Главная > Kriminal > Qudasını öldürən şəhid atasına hökm oxundu
Qudasını öldürən şəhid atasına hökm oxundu2-11-2022, 19:16. Разместил: admin |
Ötən ilin 22 sentyabrında Goranboyda qudası, 1966-cı il təvəllüdlü Fərrux Qasımovu qətlə yetirən Vətən müharibəsi şəhidi Vüsal Nağıyevin atası Əmiraslan Nağıyevə hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən 66 yaşlı Ə.Nağıyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu ilin 27 oktyabrında başa çatıb. Məhkəmədə bildirilib ki, şəhidin atası ilə qayınatasıgilin münasibətləri yaxşı olmayıb. Goranboyda şəhidin adının verildiyi küçəyə onun qayınatasının plakat asması isə Ə.Nağıyevi özündən çıxarıb. O, qudasına Vüsalın şəklini küçəyə vurması üçün mənəvi haqqının olmadığını bildirərək hücum edib, əvvəlcə küt alətlə xəsarətlər yetirdikdən sonra “Niva” markalı maşınla üstündən keçərək qətlə yetirib. Məhkəmədə Ə.Nağıyev qudasını öldürmək niyyətində olmadığını bildirib və onun özünü maşının altına ata biləcəyini deyib. O, oğlunun adının verildiyi küçədə özünün bulaq tikdirmək niyyətində olduğunu qeyd edib. Həmçinin gəlini ilə münasibətinin pis olduğunu əlavə edib. Mərhum F.Qasımovun həyat yoldaşı, şəhidin qayınanası Nubutət Qasımova isə ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini istədiyini deyib: “Qızım Vüsalla evləndikdən sonra Goranboy rayonu, Buzluq kəndində yerləşən Vüsalın atasına məxsus evdə onun anası Cəmilə və qardaşı Arzumanla birlikdə yaşayırdı. Lakin 2013-cü ildə Arzuman öz ehtiyatsızlığı nəticəsində ağacdan yıxılıb vəfat etdi. Qudam Cəmilə orada-burada gəlininin ayağının evə düşmədiyindən oğlunun rəhmətə getdiyini deməyə başladı. Cəmilənin bu söz söhbətlərindən sonra qızım Vüsalla həmin evdən köçmək qərarına gəldi və 2016-cı ildə Goranboy şəhərində yerləşən, hal-hazırda Vüsalın adını daşıyan küçədəki evə köçdülər. Vətən müharibəsində Vüsal 30 oktyabr 2020-ci il tarixdə şəhid oldu. 2021-ci ilin iyul ayında Cəmilə və onun qızı Buzluq kəndində yerləşən evimizə gəlib şəhidin ailəsinə verilən 8800 manat pulu tələb etdilər, dedilər ki, Əmiraslan Vüsalın adına Goranboy şəhərində bulaq tikir. Yoldaşım Fərrux onlara “usta tutsunlar, bulağın tikintisinə nə qədər pul lazım olsa verəcəyik” dedi. Bundan sonra mübahisələr davam etdi. Həmçinin Əmiraslan 2021-ci ilin iyun və avqust aylarında Buzluq kəndində yerləşən evə gəlib qızımdan, yəni gəlinindən Vüsal Nağıyevin ölümündən sonra ona görə verilmiş 8800 manatı və Vüsal Nağıyevin sürdüyü “Hundai Santafe” markalı avtomobilin satışından əldə olunmuş 17000 manat pulu istəmişdi. Bununla bağlı başqa adamlar vasitəsilə də mənə, qızıma və mərhum ərimə söz göndərmişdi. Eləcə də o, pul verilməsə onlardan polisə şikayət edəcəyini bildirmişdi”. Вернуться назад |