azadses.az » Kriminal » Polis əməliyyatlar keçirib: 28 nəfərdən 47 kq narkotik götürülüb - FOTO/VİDEO

Polis əməliyyatlar keçirib: 28 nəfərdən 47 kq narkotik götürülüb - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Bakı şəhər sakini Şakir Məmmədov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Onun üzərindən və Maştağa qəsəbəsindəki yaşadığı evin zirzəmisindən 30 kiloqrama yaxın marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Salyan rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı isə ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə paytaxta gətirmək istəyən 3 nəfər – Röyal Vəliyev, Vüqar Mahmudov və Fərhad Abdullayev saxlanılıblar. Onların üzərindən və istifadələrində olan avtomobildən yeddi kiloqramdan artıq heroin və metamfetamin aşkar edilib.

Kürdəmir rayonunda həyata keçirilən əməliyyat zamanı isə Ruslan Atakişiyev saxlanılıb. Onu üzərindən və yaşadığı evdən beş kiloqramdan artıq heroin və metamfetamin aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunun Saray, Mehdiabad, Masazır qəsəbələri, eləcə də paytaxtın Xətai, Yasamal, Sabunçu, Xəzər və Nizami rayonlarında keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə beş kiloqrama yaxın heroin, metamfetamin, elektron tərəzilər, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, 48 ədəd ekstazi və metadon həbi aşkar edilib.

Baş İdarənin Cənub və Qərb Bölgələrindəki Regional Şöbələrinin Gəncə, Lənkəran şəhərlərində, eləcə də Astara və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər saxlanılıb. Bu şəxslərdən də külli miqdarda müxtəlif növ narkotik vasitə və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd olunan əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən ümumilikdə 47 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yolu keçən qadını avtomobil vurub
  2. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  3. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  4. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  5. Sumqayıtda təlim maşını yanıb
  6. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  7. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  8. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  9. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  10. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib