azadses.az » Hadisə » Sabiq polis arvadını bıçaqladı, bir neçə saat sonra sərbəst buraxıldı - Foto

Sabiq polis arvadını bıçaqladı, bir neçə saat sonra sərbəst buraxıldı - Foto

Əri tərəfindən uzun müddət döyülən, ayrıldıqdan sonra təhdid edilən və yekunda bıçaqlanan iki uşaq anası olan qadın - L.H hüquq-mühafizə orqanları tərəfindən onun şikayətlərinə baxılmadığını iddia edib.

"Qafqazinfo" xəbər verir ki, qadının müdafiəçisi Cəmşid Sərdarlı “Kriminalqafqaz”a müraciətində bildirib ki, hazırda boşanma ərəfəsində olduğu müvəkkili martın 28-də əri Mehman Hacıyev tərəfindən bıçaqlanıb:


“İki gün öncə, o, səhər işə getmək üçün evdən çıxarkən ərinin qəfil hücumuna məruz qalıb. Mehman bina sakinlərinin gözü qarşısında ona müxtəlif bədən xəsarətləri yetirib. Qadın sağ qolundan, əlindən və sol budundan kəsilmiş-deşilmiş yaralar alıb. O, təcili tibbi yardımla Sabunçu xəsətəxanasına çatdırılıb, əməliyyat olunaraq tikiş qoyulub”.

Hüquq müdafiəçisinin sözlərinə görə, illər ərzində Mehman Hacıyev arvadını heç bir əsas olmadan mütəmadi şəkildə döyərək işgəncələrə məruz qoyub: “Onlar 2008-ci ildə ailə qurub, bu evlilikdən iki övladları olub. Qadın dərman firmalarında çalışıb, qazancını isə Mehman alaraq öz borclarına verib. Hazırda taksi sürücüsü işləyən Mehman bir müddət Xətai Rayon RPİ-də mühafizə polisində işləyib. Narkotik satıcıları ilə yaxın əlaqəsi olduğu üçün işdən qovulub. Sonuncu dəfə döyüləndən sonra qadın övladları ilə birlikdə atasının evinə gedib və boşanmaq üçün müraciət edib. Hazırda boşanma ilə bağlı işlər mediasiya mərhələsindədir”.

Cəmşid Sərdarlı bildirir ki, L.H uşaqlarını və onu öldürəcəyi ilə bağlı ərindən təhdid mesajları alıb: “Ötən 3 ay ərzində hər gün Mehman Hacıyevin ölüm təhdidlərinə məruz qalması ilə bağlı daxili işlər naziri və baş prokurora dəfərlərlə yazılı müraciətlər etsə də, heç bir nəticəsi olmayıb, ona heç bir yardım edilməyib. Ötən gün Mehman keçmiş yoldaşına bıçaqla xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb. Hadisədən sonra Mehman Hacıyev polis idarəsinə dəvət olunsa da, müəmmalı şəkildə sərbəst buraxılıb. Bundan sonra da hətta rahat şəkildə öz qızına və arvadına mesaj yazaraq bildirib ki, “sizin başınızı kəsib ölüdürəcəyəm”.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən “Kriminalqafqaz”ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı prossesual qanunvericiliyə uyğun olaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsində təhqiqat araşdırmaları aparılır: “Toplanmış materiallar baxılması üçün Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bütün zəruri icraat tədbirləri görülüb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Əməldə şübhəli bilinən şəxsin barəsində qanunamüvafiq ölçü götürüləcək”.

Açıqlamada qeyd edilib ki, qadının polisə müraciətindən sonra zəruri hüquqi addımların atılmaması barədə iddialar da araşdırılır.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”