Narkotik daşıyan şəxs polisə müqavimət göstərdiyi üçün atəş açmaqla saxlanıldı
- 21-01-2022, 12:10
- Hadisə
Bakıda maşınında külli miqdarda narkotik daşıyan şəxs polislərə müqavimət göstərdiyi üçün atəş açılaraq saxlanılıb.
“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, yanvarın 20-də Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik vaistələrin qanunsuz dövriyyəsində şübhəli olan, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə iki dəfə məhkum olunan Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov saxlanılarkən idarə etdiyi “Daewoo” markalı avtomobilini polis əməkdaşlarının üzərinə sürüb.
Bununla da onların həyat və sağlamlıqlarına real təhlükə yaratmaqla hadisə yerindən qaçmağa cəhd göstərib. Lakin polislər xidməti silahdan istifadə etməklə onun avtomobilinin təkərinə açdıqları atəş nəticəsində nəqliyyat vasitəsini saxlamağa nail ola biliblər.
Vətəndaş Vüsal Hüseynov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə olan heroin, eləcə də psixoterap maddələr aşkarlanaraq götürülüb.