Masazırda 25 yaşlı gənc bıçaqlandı
![](/uploads/posts/2021-06/medium/1624511388_1587933508_10a64784-395f-414f-82ef-e9ff4dc9cf1f.jpg)
“Report” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Həsənov Orxan Pərviz oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol budun ön səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.