Bakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Məmmədov Lətif Əsgər oğlunu vurub. Nəticədə 6 yaşlı uşaq ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, azyaşlını vuran sürücü hadisə yerindən yayınıb. Onun kimliyi polis tərəfindən araşdırılır.