Sumqayıtda 2 bıçaqlanma hadisəsi olub
- 1-08-2020, 16:47
- Kriminal
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Azad Səs APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. İki nəfər arasında düşən mübahisə qanlı hadisə ilə nəticələnib. Belə ki, 1979-cu il təvəllüdlü Zamid Ağayev Güldədə Rzayev tərəfindən bıçaqlanıb. Z. Ağayev qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin sol payının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Şəhər ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Elməddin Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.