Bakıda 41 yaşlı kişi bıçaqlandı
- 2-05-2021, 13:30
- Kriminal
![](/uploads/posts/2021-05/medium/1619940535_bee9305f.jpg)
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1980-ci il təvəllüdlü Şəfiyev Əziz Yaşar oğlu “İnşaatçılar” metrostansiyasının yaxınlığında mübahisə zəminində bıçaqlanıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qabırğa nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.