Главная > Kriminal / Manset > Masazırda 25 yaşlı gənc bıçaqlandı

Masazırda 25 yaşlı gənc bıçaqlandı


24-06-2021, 10:03. Разместил: azadses
Abşeron rayonunda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Həsənov Orxan Pərviz oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol budun ön səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.


Вернуться назад