KOB evlərində ötən il sahibkarlara 371 mindən çox xidmət göstərilib
- 12-01-2024, 15:28
- İqtisadiyyat
2023-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evlərində sahibkarlara 371 304 xidmət göstərilib.
"Report" bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, bunun 77,6 %-ni və yaxud 288 mindən çoxunu Bakı,16,4 %-ni və yaxud 61 mindən çoxunu Yevlax, 5,9 %-ni və yaxud 22 minə yaxınını isə Xaçmaz KOB evi təmin edib.
Xidmətlərin 349 785-ni dövlət qurumları (“G2B”), 21 519-nu isə özəl qurumlar (“B2B”) göstərib. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edib.