Главная > İqtisadiyyat > KOB evlərində ötən il sahibkarlara 371 mindən çox xidmət göstərilib
KOB evlərində ötən il sahibkarlara 371 mindən çox xidmət göstərilib12-01-2024, 15:28. Разместил: azadses |
2023-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evlərində sahibkarlara 371 304 xidmət göstərilib. "Report" bu barədə KOBİA-ya istinadən xəbər verir. Məlumata görə, bunun 77,6 %-ni və yaxud 288 mindən çoxunu Bakı,16,4 %-ni və yaxud 61 mindən çoxunu Yevlax, 5,9 %-ni və yaxud 22 minə yaxınını isə Xaçmaz KOB evi təmin edib. Xidmətlərin 349 785-ni dövlət qurumları (“G2B”), 21 519-nu isə özəl qurumlar (“B2B”) göstərib. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edib. Вернуться назад |