KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si qeyri-neft məhsulları ixrac edən KOB-lara dəstəklə bağlıdır"
- 11-10-2023, 15:16
- İqtisadiyyat
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) keçirdiyi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi ilə bağlı 3 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş 39 layihədən 2-si qeyri-neft məhsulları ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında dəstəklə bağlıdır.
"Report" xəbər verir ki, bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
"Bu müsabiqə istehsal olunan məhsulların xarici bazarlara çıxışına dəstək məqsədilə ilk dəfə qeyri-neft məhsullarını ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında dəstəkdir. KOBİA mütəmadi olaraq ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarların iştirakına, o cümlədən mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək göstərir. Bu kimi tədbirlər zamanı biznes subyektlərinin təqdim etdikləri məhsul və xidmətlərin müvafiq standartlara cavab verməsi tələb olunur. Eyni zamanda, standartlaşdırma sahəsində sahibkarların maarifləndirilməsi və digər dəstək tədbirlərinın həyata keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar, keyfiyyətli və müvafiq standartlara cavab verən məhsul və xidmətlərin istehlakçılara təqdim edilməsi məqsədilə KOBİA istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maarifləndirici görüş, təlim, seminar və digər bu kimi tədbirlər təşkil edilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir", - deyə o qeyd edib.