azadses.az » İqtisadiyyat » Sahib Məmmədov: "Azərbaycanda bizneslərin mütləq əksəriyyətini mikro, kiçik və orta sahibkarlıq təşkil edir"

Sahib Məmmədov: "Azərbaycanda bizneslərin mütləq əksəriyyətini mikro, kiçik və orta sahibkarlıq təşkil edir"

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərən bizneslərin mütləq əksəriyyətini, mikro, kiçik və orta sahibkarlıq təşkil edir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

O qeyd edib ki, son illərdə Prezidentin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətli sahələrinin inkişafının stimullaşdırılması tədbirləri çərçivəsində kiçik və orta sahibkarlığın səmərəli dəstəklənməsi və davamlı inkişafı istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasətlər həyata keçirilib:

"Dövlət KOB-ların inkişafının dəstəklənməsi istiqamətində biznes mühiti, yeni təşkilatı modellər, dəstək tədbirləri və müasir xidmətlər əhatə olunmaqla kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər həm birbaşa olaraq mikro, kiçik və orta bizneslər üçün hədəflənir, həm də ümumi dəstək proqramları çərçivəsində KOB-ların da faydalanması üçün tətbiq olunur. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi və həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə 2017-ci ildə KOBİA yaradılıb. KOB sektorunun çoxşaxəli xarakterini və kəsişən məsələləri əhatə etdiyini nəzərə alaraq, müxtəlif sahəvi qurumların və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi üçün KOBİA yanında təqribən 30 qurumun səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupu təsis edilib".

S. Məmmədov əlavə edib ki, KOB subyektlərinin dəstəklənməsi istiqamətində ünvanlı tədbirlərin və effektiv dövlət siyasətinin həyata keçirilməsində açar faktor bu kateqoriyanın əhatə dairəsinin necə müəyyənləşdirilməsi və sistemləşdirilməsi ilə bağlıdır: "Bu baxımdan, mütərəqqi beynəlxalq təcrübələr və aparılmış araşdırmalar əsasında 2018-ci ilin 21 dekabr tarixində mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgü meyarları təsdiq edildi. Həm məzmun, həm də göstəricilər baxımından bir sıra yenilikləri əhatə edən bu meyarlar sonrakı illərin təcrübələrinin də göstərdiyi kimi, dövlət dəstək tədbirlərinin yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verdi".

Nazir müavini məhz yeni meyarları əsas götürülməklə Vergi Məcəlləsinə edilmiş dəyişiklərə əsasən mikro sahibkarın gəlir və mənfəətinin 75 %-i vergidən azad edildiyini vurğulayıb:

"Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən azaddır. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar "Startap" şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunur. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?