azadses.az » Dünya » Ölkə sahibkarlarının 99,6%-ni KOB-lar təşkil edir

Ölkə sahibkarlarının 99,6%-ni KOB-lar təşkil edir

27 iyun - dünyada Mikro, Kiçik və Orta Sahibkarlar Günü kimi qeyd edilir.

Dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən bu tarix “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.

Bütün dünyada olduğu kimi Azərbaycanda da mikro, kiçik və orta biznes (KOB) iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Azərbaycanda sahibkarların təqribən 99,6%-ni KOB subyektləri təşkil edir. Bunun 93,3%-i mikro, 4,5%-i kiçik və 1,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, tikinti, emal, kənd təsərrüfatı, logistika və s. sahələrdə fəaliyyət göstərirlər. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85% artıb.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. KOBİA fəaliyyətini biznes sektoru ilə sıx əməkdaşlıq əsasında, onların ehtiyaclarının öyrənilməsi və qarşılanması istiqamətində qurub.

İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 32 min KOB subyektinin faydalandığı 2400-dən çox təlim keçirilib, 4500-dək sahibkarın yararlandığı 22 min saatdan artıq məsləhət xidməti göstərilib. 500-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb. Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 15, agentliyin təşəbbüsü ilə isə 25 daxili bazar araşdırması aparılıb. KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün 42 “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları üç il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib. KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində 27 KOB subyektinə 500 min manatdan çox qrant vəsaiti verilib. KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 37 sərgi və yarmarkada 850-dən çox KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün indiyədək KOB evlərində 125 mindən çox “G2B” və 7400-ə yaxın “B2B” olmaqla ümumilikdə 132 mindən çox xidmət göstərilib.

Beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara və sahibkarlıq sahəsində dövlətin prioritetlərinə uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?