Şahmar Mövsümov: "Son 3 ildə Azərbaycanın ixrac səbətinə 35 adda yeni məhsul daxil olub"
- 20-11-2023, 13:42
- İqtisadiyyat
Son 3 ildə Azərbaycanın ixrac səbətinə 35 adda yeni məhsul daxil olub.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bu gün Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub.
"2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5 700 çeşidli maldan 1 990-nı ixrac edilib, 1 234-ü isə davamlı ixraca göndərilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb".
Ş.Mövsümov qeyd edib ki, Ulu Öndər Heydər ƏIiyevin 100 illik yubileyi xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilir. "Onun həyat və yaradıcılığına nəzər saldıqda ömrünü xalqın rifahına, ölkəmizin inkişafına həsr etdiyini görərik. Bu gün də ölkəmizin davamlı inkişafı onun strategiyasına yüksək səviyyədə əməl olunduğunu göstərir".