Ötən il “SOCAR Polymer” ölkəyə 30 faiz daha çox gəlir gətirib
- 29-01-2021, 12:38
- Manset
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.
2020-ci il ərzində “SOCAR Polymer” qeyri-neft sektoru üzrə əsas ixracatçı müəssisələr arasında ən çox ixrac həyata keçirən ikinci şirkətdir.
Ötən il ərzində “SOCAR Polymer” MMC tərəfindən 102,1 milyon ABŞ dolları, 2019-cu illə müqayisədə, 23,6 milyon dollar dəyərində daha çox qeyri-neft sektoru məhsulu ixrac edib. 2019-cu ilin eyni dövründə bu ixrac həcminin dəyəri 78,5 milyon dollar təşkil edib.
Təkcə 2020-ci ilin dekabr ayında “SOCAR Polymer” tərəfindən 13,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Qeyd edək ki, “SOCAR Polymer”ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.Oxu.az