Ötən il qeyri-neft məhsullarının ixracı artıb
- 8-02-2023, 17:00
- İqtisadiyyat
“2022-ci il ərzində qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 12,3% artıb”
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” profilində paylaşıb.
O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci il ərzində qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 12,3% artaraq 3 milyard 48 milyon dollar təşkil edib.