Orxan Məmmədov: “Qadınlar kiçik biznes yaratmağa çalışırlar”
- 17-05-2023, 21:04
- İqtisadiyyat
“Dayanıqlı iqtisadi inkişaf qadın sahibkarların iştirakı ilə bağlıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA sədrinin sözlərinə görə, qadınlar kiçik biznes yaratmağa çalışır, məşğulluğa meyil edirlər:
“Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi bizim prioritet istiqamətlərimizdəndir. Bir sıra dəstək mexanizmləri yaradılıb. Ötən müddət ərzində doqquz qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10-dan artıq qadın sahibkara üç il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib”.
O.Məmmədov qeyd edib ki, KOBİA qadınların istehsal etdikləri məhsulların bazarlara çıxarılması və tanıdılması məqsədilə müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərir:
“Bu günə qədər 1 300-ə yaxın sahibkarlıq subyekti KOBİA tərəfindən təşkil olunan 50-yə qədər sərgidən faydalanıb. Onların da 50%-i qadın olub”.
Nəzrin Vahid