Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb
- 25-07-2023, 19:21
- İqtisadiyyat
Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 218,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,9% çoxdur.
Bankların aktivlərinin 20 062,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,8 %-dən 44,4 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,9 % artaraq 39 305,6 milyon manata, o cümlədən depozit portfeli 6,9 % artaraq 32 056,7 milyon manata çatıb. Bunun 12 472,5 milyon manatı fiziki, 19 584,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 20,2 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 0,1 % azalıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,6 dəfə azalaraq 107,7 milyon manat olub.
Sektorun balans kapitalı isə 14,9 % artaraq 5 912,7 milyon manat təşkil edib.