"TuranBank" 2023-cü ilin I rübünün nəticələrini açıqlayıb
- 25-04-2023, 15:35
- Cəmiyyət
Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən "TuranBank" ASC 2023-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Belə ki, 1 aprel tarixinə "TuranBank"ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 16,1 % və ya 120,7 milyon manat artaraq 872,3 milyon manat, müştərilərə verilmiş kreditləri 22,4 % və ya 102,4 milyon manat artaraq 559,3 milyon manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri isə 16,4 % və ya 45,1 milyon manat artaraq 319,6 milyon manat təşkil edib. Bankın cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 % və ya 44,9 milyon manat artaraq 477,1 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 33,3 % və ya 92,2 milyon manat artaraq 368,8 milyon manat olub.
2023-cü ilin I rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirib. Belə ki, "TuranBank" nüfuzlu maliyyə qurumları olan "Incofin İnvestisiya" və "IIV Mikrofinanz" Fondları ilə Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon manat həcmində kredit sazişi, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalayıb.
Bildirilir ki, "TuranBank" institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), "Sparkassenstiftung" və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.
2023-cü ilin I rübü ərzində "TuranBank" Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərərək şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. Həmçinin ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini davam etdirən Bank Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. "TuranBank"ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır..