"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" ötən ili zərərlə başa vurub
- 24-06-2023, 08:27
- Cəmiyyət
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2022-ci ili 281 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 180 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin göstərdiyi xidmətlərdən gəlirləri 8,621 milyon manat (əvvəlki ilə nisbətən 25,9 % çox), xidmətlərinin maya dəyəri 7,753 milyon manat (33,7 % çox), ümumi və inzibati xərcləri 1,149 milyon manat (32,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin aktivləri 620 min manat olub ki, bu da illik müqayisədə 29,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3,2 % artaraq 604 min manata çatıb, balans kapitalı isə 19,7 dəfə azalaraq 15 min manata düşüb.
Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.