"Bakı Fond Birjası"nın dövriyyəsi 29% azalıb
- 3-02-2022, 20:33
- İqtisadiyyat / Manset
Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 141,129 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 45,5% artaraq 847 olub.
BFB-nin dövriyyəsinin 52,3%-i, yaxud 597,401 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 54,6 % və ya 2,2 dəfə azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 14,4% artaraq 75,509 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2 dəfə artaraq 468,219 milyon manat olub.