ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
ABŞ Aleksey Navalnı məsələsilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bəyan edib.
“Biz Aleksey Navalnı işi ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etmişik. Hazırda daha bir sanksiyalar paketi hazırlayırıq”, -deyə o, CNN telekanalının efirində bildirib.
Qeyd edək ki, Aleksey Navalnı “İv Roşe” şirkətinin vəsaitlərinin qeyri-qanuni şəkildə mənimsənilməsində günahkar bilinərək həbs olunub.