Rusiya Avropa Parlamenti sədrinin ölkəyə girişinə qadağa qoydu
TASS xəbər verir ki, Avropa İttifaqı ölkələrinin 8 vətəndaşının, o cümlədən də Avropa Parlamenti sədri David Mariya Sassoli və Berlin şəhər prokuroru Yorq Raupaxın Rusiyaya girişi qadağan olunub.
Ölkənin Xarici İşlər Nazirliyindən verilən bəyanata görə, rəsmi Brüssel Moskvanın mövcud problemləri dialoq yolu ilə həll etmək barədəki çağırışlarına məhəl qoymur və rusiyalı vətəndaşlarına qarşı məhdudlaşdırıcı tədbirlər görməyə davam edir.