Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqlədi
Avropa İttifaqı “DXR” və “LXR”-i tanıdığı üçün Rusiyaya qarşı sanksiyaların təsdiqlənməsi prosedurunu başa çatdırıb.
“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki sədrliyinin bəyanatında deyilir.
"Sanksiyaların yazılı proseduru uğurla başa çatıb. Hüquqi aktlar qəbul edilib və günün sonuna kimi dərhal qüvvəyə minməsi üçün dərc olunacaq", - məlumatda deyilir.
Texniki prosedurun başa çatması bütün Aİ ölkələrinin yeni sanksiyalar paketini imzalaması deməkdir.
Sənəddə Aİ Rusiyanı “DXR” və “LXR”-in tanınmasına yenidən baxmağa çağırıb və yeni sanksiyalarla bağlı xəbərdarlıq edib.