Rusiyadan Azərbaycana XƏBƏRDARLIQ
- 22-01-2021, 09:25
- Dünya
Azərbaycandan Rusiyaya ixrac olunan pomidorlarda xəstəlik aşkarlanıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Bildirilib ki, pomidor güvəsi (Tuta absoluta) ilə bağlı 6 yeni hal aşkarlanıb.
Xəstəliyə 5 Azərbaycan istehsalçısı - "Aqro-favorit" MMC, "Bina Agro" QSC, "Agroterm" LLC, "Xızı Agropark" LLC və "Vilayət Rüstəm Məmmədov" şirkətlərinin məhsullarında rast gəlinib.
"Tuta absoluta"nın aşkarlanmasının bütün faktları üzrə müvafiq sənədlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə göndərilib. Bundan əlavə, Rosselxoznadzor bu cür tədarükün hər bir halında dərhal istintaqın təşkil edilməsi və bu pozuntuların qarşısının alınması üçün tədbirlər görülməsi və bu istehsalçılara fitosanitar sertifikatlarının verilməsinin dayandırılması barədə Azərbaycanın səlahiyyətli idarəsinə müraciət yollayıb. Nazirlik yaxın vaxtlarda Azərbaycan tərəfi ilə danışıqların aparılacağını bildirir.
Qeyd edək ki, daha əvvəl Rosselxoznadzor dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etmişdi. Qadağanın tətbiqi Azərbaycan məhsullarında zərərvericilərin davamlı aşkarlanması ilə əlaqəli idi: Cənubi Amerika pomidor güvəsi və şərq güvəsi. Daha sonra 33 Azərbaycan müəssisəsindən tədarüklərə qismən icazə verildi.