Moskva görüşünün iqtisadiyyata təsiri - EKSPERT RƏYİ
- 14-01-2021, 10:26
- İqtisadiyyat
"İqtisadi əməkdaşlıq, iqtisadi mənfəət əldə etmək üçün aparılan fəaliyyətlər özündə bir neçə önəmli istiqaməti birləşdirir. Hər ölkənin potensialı fonunda faydaları üzə çıxa bilir. Müxtəlif araşdırmalarda Qarabağ problemi həll olunandan sonra iqtisadi faydaların arta biləcəyi qeyd olunurdu.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri Təhmasib Əlizadə deyib. O bildirib ki, Qarabağ bölgəsiniin gələcəyində iqtisadi tərəf də mühim əhəmiyyət daşıyır:
"İqtisadi əməkdaşlıqdan faydalar əldə etmək üçün regionda cəmiyyətlərin, ölkələrin dayanıqlı sülh şəraitində yaşaması vacibdir. Bölgəmizdə sülh quruculuğu önəmli yerə sahibdir. Bundan sonrakı dövrdə qonşu ölkələrin sülh şəraitində yaşamaq və iqtisadi əməkdaşlıqlar fayda əldə etmək imkanı var.
Qlobal iqtisadiyyatın dəyişikliyi nəticəsində başda böyük ölkələr olmaq şərti ilə, qonşu ölkələr dayanıqlı iqtisadi inkişaf problemi yaşayır. Hər bir ölkənin müəyyən bir formada iqtisadi problemləri, çətinlikləri var. Bu məsələlərin həll olunması Azərbaycanın dayanıqlı iqtisadi inkişafında mühim rol oynaya bilər. Həmçinin, gələcəkdə nəqliyyat infrastrukturunun genişlənməsi, inkişaf etməsi iqtisadiyyata böyük üstünlük verə bilər. Eyni zamanda cəmiyyətlər arasında mədəni münasibətlər ortaya qoyulmalıdır ki, bu cəmiyyətlər arasında inkişaf rahat şəkildə həyata keçirilsin.