Ceyhun Bayramov Ermənistanın XİN başçısına cavab verdi
- 25-09-2020, 13:58
- Manset
"BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ənənəvi iddiaları əsassızdır".
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında deyib.
C.Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb.
Nazir bu ilin iyulun 12-16-da iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığını qeyd edib.
C.Bayramov Ermənistanın Tovuz istiqamətində əvvəlcədən planlaşdırdığı hərbi təxribatının səbəbləri, o cümlədən öz işğalçı siyasətindən arxa plana keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, ərazinin yaxınlığından keçən mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq barədə tədbir iştirakçılarına məlumat verib. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirilib.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qaldığını söyləyən Xarici İşlər naziri vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək və beləliklə də bölgədə geniş miqyaslı iqtisadi əməkdaşlığa yol açılacaq.