Çempionlar Turu: Şəhriyar Məmmədyarov heç-heçə etdi
![](/uploads/posts/2022-07/medium/1657692934_1651866491_1651768492_1648569376_sehriyar-3.jpg)
Azerisport.com xəbər verir ki, dörd gün ərzində yarışın ilkin mərhələsi keçirilir. Burada 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz cütlüyü müəyyənləşdirəcək.
Növbəti mərhələdə Şəhriyar Məmmədyarov Aniş Giri (Niderland) ilə heç-heçə edib. Qrossmeysterimiz 18 xalla altıncı yerdədir.
Qeyd edək ki, beşinci turdan sonra Teymur Rəcəbov səhhətindəki problemlərə görə turniri tərk edib.