Şəhriyar Fabiano Karuana ilə qarşılaşacaq
- 30-01-2022, 10:43
- İdman
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin sonuncu turunun oyunları keçiriləcək.
“Azadsəs.az” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 13-cü turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.
Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla macarıstanlı Riçard Rapport ilə 2-3-cü pillələri bölüşür.
Turnir cədvəlinə 8,5 xalla hazırkı dünya çempionu norveçli Maqnus Karlsen başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.