Главная > İdman / Manset > Çempionlar Turu: Şəhriyar Məmmədyarov heç-heçə etdi

Çempionlar Turu: Şəhriyar Məmmədyarov heç-heçə etdi


13-07-2022, 11:00. Разместил: admin
Çempionlar Turu çərçivəsində “Road to Miami” onlayn turniri davam edir.

Azerisport.com xəbər verir ki, dörd gün ərzində yarışın ilkin mərhələsi keçirilir. Burada 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz cütlüyü müəyyənləşdirəcək.

Növbəti mərhələdə Şəhriyar Məmmədyarov Aniş Giri (Niderland) ilə heç-heçə edib. Qrossmeysterimiz 18 xalla altıncı yerdədir.

Qeyd edək ki, beşinci turdan sonra Teymur Rəcəbov səhhətindəki problemlərə görə turniri tərk edib.
Вернуться назад